Sumqayıtda Cəlilabad sakini bıçaqlandı,


Kriminal 11 İyn 2019 14:58:05 266 0

Sumqayıtda Cəlilabad sakini bıçaqlandı,

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Son.az xəbər verir ki, şəhər prokurorluğundan oxu.az-a verilən məlumata görə, hadisə bu gün Sumqayıtda - 1-ci mikrorayon ərazisində qeydə alınıb.

24 yaşlı Cəlilabad rayon sakini Faiq Füzuli oğlu Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Gənc xəstəxanada ölüb.

4-cü Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Sahib Rasim oğlu Nadirovu saxlayıblar. Hazırda saxlanılan şəxs istintaqa ifadə verir.