Binəqədidə 2 otaqlı ev əşyaları ilə birgə yanıb
Digərləri 11 İyn 2019 14:52:20 198 0
Binəqədidə 2 otaqlı ev yanıb
Bakı.
Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağında 1 ədəd divan və döşəmə 2 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;
Mənbə: az.trend.az