Kanada delfinlərə və balinalara "azadlıq verdi"


Digərləri 11 İyn 2019 14:58:38 200 0

Kanada delfinlərə və balinalara "azadlıq verdi"

Kanada parlamenti ölkə ərazisində qapalı su hövzələrində, okeanariumlarda delfin və balinaların saxlanmasını qadağan edən qanun layihəsini qəbul edib.

Bakı. Kanada parlamenti ölkə ərazisində qapalı su hövzələrində, okeanariumlarda delfin və balinaların saxlanmasını qadağan edən qanun layihəsini qəbul edib. Trend-in məlumatına görə, qanun layihəsi general-qubernator Jüli Peyettin təsdiqindən sonra qüvvəyə minəcək. Qeyd edək ki, bu layihə "Yaşıl partiya" lideri Elizabet Mey tərəfindən hələ 2015-ci ildə irəli sürülüb. Qərarın qəbul edildiyi günü isə o, ölkə heyvanları üçün gözəl gün adlandırıb.