"Hansı zəmanədir ki, məşhur görəndə, hücum etsinlər?"


Şou-biznes 11 İyn 2019 14:48:00 230 0

"Hansı zəmanədir ki, məşhur görəndə, hücum etsinlər?"

Müğənni Sevda Yahyayeva "Hər şey daxil" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi şəxsi həyatını, evini efirdə nümayiş etdirməyi sevmədiyini deyib:

"Evimdə çəkiliş olmayıb. İcazə vermirəm. Bu günə qədər qalmaqalla gündəmə gəlməmişəm. Məşhurlaşmağın ən çətin yolunu seçmişəm. Mahnı ilə çıxmışam. Qalmaqalla istəməmişəm tanınım.

İstəmərəm ki, biz ifaçılar bir-birimizi vuraq. Yeri gəlir, xeyir-şərdə bir-birimizin yanında oluruq. Kütlə hamını olduğu kimi tanıyır, ağı qaradan ayıra bilir".

Proqramda daha sonra aparıcı Tarix Əliyev (Tolik) sənət adamlarının metroya minməsi, ictimayi yerlərdə gəzməsi məsələsinə toxunub.

Məsələyə münasibət bildirən Sevda "İşim olmayanda, dəniz kənarında gəzirəm. Hansı zəmanədir ki, insanlar məşhur görəndə, hücum etsin? Əksinə, yaxınlaşıb, şəkil çəkdirmək istəyir, xoş sözlər deyirlər" sözlərini deyib.