Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı


Dünya 11 İyn 2019 14:35:00 191 0

Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı

Ermənistanın keçmiş maliyyə və kənd təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib.

Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.