"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb


Digərləri 11 İyn 2019 14:35:00 236 0

"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb

"Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb

Bakı. "Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb. Trend-in məlumatına görə, qərar şüşə təmizləyicilərin işində qeydə alınan qüsurlarla əlaqədardır. Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin avqustundan 2018-ci ilin martınadək Rusiyada satılmış "Mazda 3" modellərinə şamil olunur. Bildirilir ki, həmin qüsur hərəkət zamanı ön şüşədən görmə qabiliyyətini azalda bilər.