Danimarka parlamentinin spikeri istefa verib


Dünya 11 İyn 2019 14:21:00 208 0

Danimarka parlamentinin spikeri istefa verib

Danimarka parlamentinin spikeri Pia Kyersqor partiyasının iyunun 5-də seçkilərdə məğlub olmasından sonra istefa verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, P.Kyersqor istefa verdikdən sonra Danimarka Xalq Partiyasının deputatı kimi parlamentdə fəaliyyətini davam etdirəcək.

Yaxın zamanlarda parlamentin yeni spikerinin təyin olunacağı gözlənilir.

Qeyd edək ki, iyunun 5-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat partiyası 25,9 faiz səs yığaraq çoxluğa sahib olub.