Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb (ÖZƏL)


Digərləri 11 İyn 2019 14:19:58 207 0

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı azalıb (ÖZƏL)

Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalıb. Trend-in məlumatına görə, ötən il Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 20 716 uşaq dünyaya gətirilib. Bu rəqəm 2017-ci ildə 22 796, 2016-cı ildə 26 288, 2015-ci ildə 24 038, 2014-cü ildə 25 486 olub. Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən ən çox uşaq 2016-cı ildə doğulub. Həmin ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı bütün diri doğulanların 16,5 faizini təşkil edib. 2018-ci ildə isə nikahsız qadınlar tərəfindən doğulan uşaqların sayı ölkədə bütün diri doğulan uşaqların 14,9 faizini təşkil edib ki, bu göstərici də 2014-cü il üzrə eynilik təşkil edib. 2014-cü ildə nikahda olmayan qadınlar tərəfindən 25 486 uşaq dünyaya gətirilib ki, onun 14,9 faizini rəsmi nikahı olmayan qadınların dünyaya gətirdiyi uşaqlar təşkil edib. Nikahsız qadınların dünyaya gətirdiyi uşaqlar daha çox kənd yerlərində dünyaya göz açıb.