Qayınatasını döyən dünya çempionuna cəza istənildi


Kriminal 11 İyn 2019 14:03:00 236 0

Qayınatasını döyən dünya çempionuna cəza istənildi

Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Ehram Məcidovun E8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses iyulun 18-də davam edəcək.

İttihama görə, Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilib.

Ehram Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq sənədlərinə görə, Ehram Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib.