Gədəbəydə 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur (FOTO)


Digərləri 11 İyn 2019 13:31:00 204 0

Gədəbəydə 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur (FOTO)

Gədəbəy rayonunda 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur.

Bakı. Gədəbəy rayonunda 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, yolun 2840 metr hissəsi ortalama 1.5 metr dərinlikdə yararsız vəziyyətə düşmüşdü. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun 14 km-lik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda geişləndirmə işləri aparılıb, bəzi hissələrdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib. Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 242 paqon-metr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılıb izolyasiya olunur. Bundan başqa, yolun qazma hissəsində mövcud küvetlər tam dolduğu üçün 14 590 paqon-metr uzunluğunda küvetlər təmizlənir.