İngilisdilli ixtisaslara plan yerlərinin sayı artırıldı


Digərləri 11 İyn 2019 13:36:00 192 0

İngilisdilli ixtisaslara plan yerlərinin sayı artırıldı

2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb.

Bakı. İlhamə İsabalayeva - 2019-2020-ci dərs ili üçün ali məktəblərdə tədrisi ingilis dilində aparılan ixtisaslar və plan yerlərinin sayı artırılıb. Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. Onun sözlərinə görə, tələbə qəbulu planı formalaşdırılarkən yerli və beynəlxalq əmək bazarının tələbləri nəzərə alınmaqla tədrisi ingilis dilində aparılan ixtisasların sayı 57-dən 69-a, qəbul yerlərinin sayı isə ötən illə müqayisədə 17.7% artırılıb.