Azərbaycanla bağlı kobud səhv FOTO


Siyasət 11 İyn 2019 13:22:00 266 0

Azərbaycanla bağlı kobud səhv  FOTO

Dünən gecə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Feysbuk səhifəsində BBC-nin rusca bölməsindən olan "skrin-şot"u paylaşıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, Zaxarovanın paylaşdığı fotoda BBC-nin Qazaxıstanı Azərbaycanla səhv salması yer alıb. Belə ki, saytın hazırladığı xəbərdə Qazaxıstandakı etiraz aksiyaları haqqında məlumat verilib ki, burada etirazlar aşağıdakı formada təqdim edilib:

"Azərbaycanda yenidən Tokayev qalib gəlib. Küçələrdə kütləvi iğtişaşlar var, 500-dən çox adam saxlanılıb".

Qeyd edək ki, bazar günü Qazaxıstanda keçirilən prezident seçkilərində Qasım-Jomart Tokayev 70%-dən artıq səslə qalib gəlib.

Bir müddətdən sonra BBC səhvini aradan qaldırıb.