“Qolos” iştirakçısının meyiti tapıldı


Dünya 11 İyn 2019 13:25:47 199 0

“Qolos” iştirakçısının meyiti tapıldı

"Qolos" (Rusiya) mahnı müsabiqəsinin iştirakçısı Aleksey Safiulin öz mənzilində ölü aşkarlanıb.

Son.az bu barədə oxu.az-a istinadən xəbər verir.

Rəsmi ölüm səbəbi hələlik məlum deyil. Ailə dostunun dediyinə görə, 44 yaşlı Safiulin iyunun 9-a keçən gecə vannada boğulub.

Artistlə vida günü iyunun 13-ə təyin olunub. Müğənni evli olub və iki övladı olub.

Safiulin Moskva Filarmoniyası və Mariin teatrının artisti kimi şöhrət qazanıb.