Muğanbankda 10 000 manata kimi udmaq şansı: 26ci tiraj


Digərləri 11 İyn 2019 13:15:00 228 0

Muğanbankda 10 000 manata kimi udmaq şansı: 26ci tiraj

"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində, iyun ayının 14-də, saat 10:00-da "Muğanbank Çek" üzrə 26-ci tiraj keçiriləcəkdir.

"Muğanbank Çek"lər üzrə hər tirajın uduş fondu 87 500 AZN, uduşlu çeklərin sayı isə 300 ədəd təşkil edir. Tiraj hər 45 gündən bir, ildə 8 dəfə keçirilir. Uduş məbləğləri 100 AZN, 250 AZN, 500 AZN, 1000 AZN, 2500 AZN, 5000 AZN və maksimum uduş məbləği 10 000 AZN təşkil edir.

Bank tərəfindən 10 mln. manat dəyərində 200.000 ədəd "Muğanbank Çek" dövriyyəyə buraxılıb. Hər Çekin nominal dəyəri  50 manatdır. "Muğanbank Çek" sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır. 

Uduşa düşmüş Muğanbank Çek nömrələri ilə həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.