"Bakıda şortik geyinənə qəribə baxırlar"


Digərləri 11 İyn 2019 12:41:00 200 0

"Bakıda şortik geyinənə qəribə baxırlar"

Slovakiyanın sme.sk saytınada çalışan Pavol Spal AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Slovakiya oyununu işıqlandırmaq üçün Bakıya gəlib.

Son.az sportal.az-a istinadən xəbər verir ki, həmkarımız Bakı təəssüratları barədə çalışdığı saytda qeydlər yazıb.

"Bakıda havanın temperaturu 40 dərəcəyə yaxınlaşır. Ancaq insanlar uzun paltar geyinir. Şortik geyinənə gülümsəyib, başlarını çevirirlər. Azərbaycanda kişilərin şortik geyinməsi adət deyil. Buna qəribə baxırlar. Şortiki nalayiq hesab edənlər də var.

Küçələrin birində yaşlı qadın yerli valyuta hesab edilən manat üçün dilənir. Bir neçə metr qabaqda park olunmuş lüks "Bentley" var.