Bakıda gələn il daha bir metrostansiyanın tikintisi başa çatır


Digərləri 11 İyn 2019 12:50:00 230 0

Bakıda gələn il daha bir metrostansiyanın tikintisi başa çatır

"Şərti adı "B3" olan metro stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri daha da davam etdirilir.