108 dəfə Günəşi salamlama: Bakıda yoqa və sağlamlıq festivalı keçiriləcək


Digərləri 11 İyn 2019 12:43:35 198 0

108 dəfə Günəşi salamlama: Bakıda yoqa və sağlamlıq festivalı keçiriləcək

Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır.

Bakı. Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır. Bu, ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərk etmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Builki tədbir "Yoga Shahi" studiyasının təsisçisi Sabina Şahinin kuratorluğu ilə həyata keçirilir. Sizi fərqli yoqa növləri, incəsənət və hərəkət gözləyir! Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir. Format: Şəhərsayağı piknik Mövzu: Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik! Meyar: Özün üçün xeyirli, digərləri üçün faydalı!