Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon istismardan çıxarılacaq


Digərləri 11 İyn 2019 12:47:00 181 0

Bu ilin sonunadək Bakı metrosunda 30 köhnə vaqon istismardan çıxarılacaq

Bu ilin sonuna qədər "Bakı Metropoliteni"ndə istismarda olan 30 köhnə vaqon istismardan çıxarılacaq

Bakı. Samir Əli - Bu ilin sonuna qədər "Bakı Metropoliteni"ndə istismarda olan 30 köhnə vaqon istismardan çıxarılacaq. Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hİdayət Məmmədov deyib. Onun sözlərinə görə, il ərzində köhnə vaqonlar yeni 30 yeni vaqonlarla əvəzlənəcək: "Proses tədricən həyata keçiriləcək. Qatarlar istismar müddəti başa çatdıqca xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək".