Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb - SƏRƏNCAM


Digərləri 11 İyn 2019 12:35:51 146 0

Təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında sərəncam imzalayıb. Trend-in məlumatına görə, sərəncamda deyilir ki, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 5,7 milyon manatı Təhsil Nazirliyinə ayrılsın. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməli, Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin