Bakıda usta yeni tikilən yaşayış binasından yerə yıxıldı


Digərləri 11 İyn 2019 12:14:00 241 0

Bakıda usta yeni tikilən yaşayış binasından yerə yıxıldı

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Həmin qəsəbədə inşa olunan sosial təyintlı çoxmənzilli yaşayış kompleksinin tikintisi zamanı orada bənna işləyən Əliyev İmran Hacıağa oğlu kompleksin 6-cı binasının 3-cü seksiyasının 2-ci mərtəbəsindən yıxılıb.

Yaralı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.