Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı


Digərləri 11 İyn 2019 12:04:00 180 0

Nazir müavini Təhsil Nazirliyi üçün əsas prioriteti açıqladı

Şagirdlərin mütaliəyə istiqamətləndirilməsi əsas prioritetdir

Bakı. İlhamə İsabalayeva - Şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir. Trend-in məlumatına görə, bunu “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq dördüncü ildir keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları barədə məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənənləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb: