Ramin Quluzadə: Nəqliyyat sektoru inkişafını davam etdirəcək (FOTO)


Digərləri 11 İyn 2019 11:23:00 199 0

Ramin Quluzadə: Nəqliyyat sektoru inkişafını davam etdirəcək (FOTO)

Bakıda 18-ci “Nəqliyyat, tranzit və logistika” Xəzər beynəlxalq sərgisi işə başlayıb

Bakı. Sara İsrafilbəyova - Bu gün Bakıda 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Sərgisi və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi işə başlayıb. Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirakçıları ölkədə nəqliyyat sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumatlandırıb. O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, nəqliyyat və logistika bu prosesin vacib istiqamətlərindəndir. Öz növbəsində ITE şirkətinin regional direktoru bildirib ki, Edvard Stron bildirib ki, sərgidə 10 ölkədən 75 şirkət iştirak edir.