Muğanbank korparativ müştərilər üçün kampaniyaya start verir


Digərləri 11 İyn 2019 11:15:00 211 0

Muğanbank korparativ müştərilər üçün kampaniyaya start verir

Bu ilin iyunun 10-dan oktyabrın1-dək "Muğanbank" ASC korporativ müştərilərə "Gold" kateqoriyasından əmək haqqı kartları təklif edir. "Gold" sinfindən kredit kartı sahibinin yüksək statusunu təsdiqləyən prestijli aksessuar olmaqla yanaşı, həm də bankın geniş çeşiddə xidmətlərinə açardır.

Gold kart, öz sahibinə hesablaşmaların rahatlığı, internet-xidmətlər, təhlükəsizlik və sevindirici bonuslar təmin edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 9 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.