Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı


Digərləri 11 İyn 2019 11:16:00 211 0

Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə ötən gecə Nic qəsəbəsində saat 5 radələrində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onlar - Qəbələ rayonu Nic qəsəbə sakini 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç onurğanın yumşaq toxumalarının əzilməsi, Uludaş kənd sakini 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu sağ said sümüyü və sol qabırğaların sınığı, üçüncü şəxs isə Nic qəsəbə sakini 1999-cu il təvəllüdlü Boyacari Dmitriy Borisoviç birinci boyun fəqərəsinin yarım çıxığı xəsarətləri alıblar. Qəzada dünyasını dəyişən isə 1997-ci il təvəllüdlü Mirzəbəyli kənd sakini Muradov Şahmurad Qorxmaz oğludur.