Bakıda avtomobil təmiri sexində yanğın olub


Digərləri 11 İyn 2019 10:56:00 206 0

Bakıda avtomobil təmiri sexində yanğın olub

Bakıda avtomobil təmiri sexində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 1200 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) dam örtüyü 40 m² sahədə və içərisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.