BakıQuba yolu dağılıb “Səhvə yol verilib”


Digərləri 11 İyn 2019 10:47:00 199 0

BakıQuba yolu dağılıb  “Səhvə yol verilib”

Bakı-Quba yolu bərbad vəziyyətə düşüb.

Son.az xezerxeber.az-a istinadən xəbər verir ki, magistral yol dağılıb.

Sürətli avtomobil yolunun bir neçə km-lik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırkı vəziyyəti, sözün əsl mənasında, ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.

Yolun hazırkı vəziyyəti sürücülər üçün təhlükəli vəziyyət yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik. Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

Yolun hazırkı vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə, ümumiyyətlə, bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.