Məşhur milyarderin şirkətində yoxlama


Kriminal 11 İyn 2019 10:28:00 212 0

Məşhur milyarderin şirkətində yoxlama

Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi - "Renessans" holdinqinə hücum olub: vergi orqanları şirkətə qarşı 5,2 milyard rublluq iddia qaldırıblar, həmçinin şirkətin nümayəndəsini - Azərbaycan vətəndaşını tutublar.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, holdinqin sahibi Erman Ilıcak 3,3 milyard dollarlıq varidatla Türkiyənin ən varlı insanlarındandır. Onun Rəcəb Tayyib Ərdoğanla çox yaxın münasibətləri var və bir çox Rusiya-Türkiyə iqtisadi danışıqlarında fəal iştirak edir.

Erman Ilıcak

İyunun 10-da Peterburq şəhəri üzrə Federal vergi xidməti idarəsi bu şəhərdə qeydiyyatdan keçmiş "Renessans Hevi İndastris" (RHİ) MMC-nin apellyasiya şikayətini təmin etməyib. Aprelin ortalarında səyyar yoxlamanın nəticələrinə görə şirkət 5,2 milyard rubl cərimələnib və bundan sonra iş adamları yuxarı instansiyaya müraciət ediblər.

Yoxlamalar 2017-ci ildən başlayaraq aparılıb və yoxlamanın subyekti olan illərdə - 2013-2015-ci illərdə RHİ Rusiyanın neft-kimya müəssisələrinin tikintisində baş podratçı olub.