Psixiatrik xəstəxanada yanğın - 6 nəfər öldü


Digərləri 11 İyn 2019 10:26:39 213 0

Psixiatrik xəstəxanada yanğın - 6 nəfər öldü

Odessada psixi xəstələr üçün xəstəxanada yanğın baş verib.

Bakı. Odessada xəstəxanada yanğın baş verib. Trend-in məlumatına görə, Ukraynanın fövqəladə hallar xidməti insident nəticəsində 6 nəfərin həlak olduğunu bildirib. Məlumata görə, yanğın Suvorov rayonunda yerləşən 1 saylı psixiatrik xəstəxananın birmərtəbəli korpusunun damında başlayıb. 4 nəfər tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.