Xəzər dənizində tanker partladı:


Digərləri 11 İyn 2019 10:03:00 217 0

Xəzər dənizində tanker partladı:

Mahaçqalada dəniz ticarəti limanında tankerlərdən birində güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, səhər saat 4 radələrində baş vermiş insident nəticəsində 2 nəfərin xəsarət aldığı, daha 3 nəfərin itkin düşdüyü bildirilir. Son məlumata görə, itkin düşənlərdən 2-nin meyiti tapılıb.

Partlayışdan sonra tankerdə yanğın başlayıb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hazırda tankerdə qəzadan sonra neft məhsullarının axması halının olmadığı qeyd edilir.