Bakıda avtomobil təmiri sexi yanıb
Digərləri 11 İyn 2019 09:49:30 178 0
Bakıda avtomobil təmiri sexi yanıb
Bakı.
Bakıda avtomobil təmiri sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 1200 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) dam örtüyü 40 m² sahədə və içərisinə yığılan taxta tullantıları 10 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: az.trend.az