Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə bonus ödəniş veriləcək


Digərləri 11 İyn 2019 09:11:00 238 0

Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə bonus ödəniş veriləcək

"Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası" təsdiqlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla "Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları" təsdiq olunub.

Həmçinin "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi Qaydası" təsdiq edilib.