Telefon suya düşərsə nə etmək lazımdır?


Digərləri 11 İyn 2019 08:41:00 238 0

Telefon suya düşərsə nə etmək lazımdır?

Hər birimiz telefon alarkən ən keyfiyyətli, cibimizə uyğun və brend olan markaya üstünlük veririk. Nə qədər ehtiyatlı davransaq da, bəzən elə olur ki, telefon əlimizdən düşüb zədə alır. Təbii ki, əksər hallarda həmin telefon yenidən işləməyə davam edir. Amma suya düşən telefonları çox vaxt işlətmək demək olar ki, mümkün olmur. Telefonu suya düşən şəxslər onun arxasını açaraq fenlə, tozsoranla qurutmağa çalışırlar. Bu isə öz növbəsində telefonun müəyyən detallarına zərər verir və eyni zamanda suyun bütün detallara yayılmasına kömək edir.

"Telefon suya düşdyü halda nə etmək lazımdır?" - bir üsul təqdim edirik:

Telefonu söndürün. 

Son.az ted.az-a istinadən bildirir ki, telefon açıq olduğu təqdirdə içəri sızan su işləyən mexanizmin verdiyi istilik nəticəsində telefonun bütün detallarına yayılır. Bu səbəbdən tez bir zamanda telefonu söndürün və batareyanı çıxarın.

Təmiz dəsmal ilə qurulayın.

Telefonu söndürdükdən sonra təmiz bir dəsmal ilə qurulayın.

Telefonu ən xırda detallarına qədər ayırın.

Xırda detal deyərkən, yaddaş kartı, sim kart və bunun kimi telefondan çıxarılması mümkün olan bütün xırda detallar nəzərdə tutulur.