Silahlılar Latakiya və Hələbi atəşə tutublar


Digərləri 11 İyn 2019 08:44:51 182 0

Silahlılar Latakiya və Hələbi atəşə tutublar

Suriyada silahlılar Latakiya əyalətininin yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar

Bakı. Suriyada silahlılar Latakiya əyalətininin yaşayış məntəqələrini və Hələb şəhərinin rayonlarını atəşə tutublar. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib. V.Kupçişin bildirib: "Ötən sutka ərzində silahlılar Latakiya əyalətinin Əyn-Əl-Hanzir, Raşa, Sandran, Hamrat, Mükəttəl, Əyn-Əl-Əşrə, Dərx-Əbu-Əsəd, Royset-Ruşu, Nahşebba və Kara Qaliya yaşayış məntəqələrini, Hələb şəhərinin isə Hara və Binyamin rayonlarının atəşə tutublar".