“Audi” 2025ci ilə qədər 30 elektriklə çalışan modelini buraxmağı planlaşdırır


Digərləri 11 İyn 2019 08:21:00 223 0

“Audi” 2025ci ilə qədər 30 elektriklə çalışan modelini buraxmağı planlaşdırır

Alman avtomobil nəhəngi "Audi" 2025-ci ilə qədər, təxminən, 30 yeni elektriklə çalışan modelini buraxacaq.

Son.az ted.az-a istinadən bildirir ki, brendin rəhbərliyi növbəti 5 il ərzində bazardakı texnikanın təxminən, 40 faizinin hibrid modellərdən ibarət olacağına əmindir. "Audi" bazarın ümumi tendensiyasından uzaqlaşmamaqdan ötrü, rəqəmsal texnologiyaların və avtonom sürücülüyün inkişafı üçün, təxminən 14 milyard avro xərcləyəcək.

Həmçinin, şirkət elan edib ki, təxminən, üç model MEB-in (Modulare E-Antriebs-Baukasten) müasir platformasında yerinə yetiriləcək. İstehsalçı bazarda yeni modellərlə yanaşı, hələlik yalnız daxili yanma mühərrikləri ilə təklif olunan müasirləşdirilmiş avtomobilləri də təklif etmək niyyətindədir