Tramp və Abe KXDRnın denuklearizasiyasını müzakirə edəcəklər


Dünya 11 İyn 2019 08:23:00 191 0

Tramp və Abe KXDRnın denuklearizasiyasını müzakirə edəcəklər

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyib.

M.Ortaqus bildirib: "Görüş zamanı Koreya Xalq Demokratik Respublikasının denuklearizasiyası və Koreya Respublikası ilə üçtərəfli əməkdaşlıq müzakirə ediləcək".

Rəsmi nümayəndə xatırladıb ki, G20 sammitindən sonra D.Tramp Seula yollanacaq və orada da Koreya yarımadasının denuklearizasiyasını müzakirə edəcək.