Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir - "Albiyon" və "Salandreas"


Digərləri 11 İyn 2019 07:45:00 190 0

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir - "Albiyon" və "Salandreas"

Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir.

Bakı. Samir Əli – Azərbaycanda xaricdən gətirilən iki çiyələk növü yetişdirilir. Bu barədə Trend-ə sahibkar Rafət Abbasov açıqlama verib. Sahibkar bildirib ki, Cəlilabad rayonunda xaricdən gətirilərək yetişdirilən yeni növ çiyələklərin məhsuldarlığı da yüksəkdir. Yeni növlər Türkiyədən gətirilir: "Bunlar "Albiyon" və "Salandreas" növləridir. Bu vaxta qədər əsasən "Viktoriya" növü becərilirdi. Düzdür, bu növ də məhsuldardır. Amma bu çiyələkləri xaricə ixrac edə bilmirdik. Amma "Albiyon" və "Salandreas" sortlarının dayanıqlığı yüksəkdir. "Viktoriya" növü hektara 30-35 ton məhsul versə də, dayanıqlığı zəif olduğu üçün yalnız yerli bazar üçün nəzərdə tutulur. "Albiyon" və "Salandreas" növləri isə hektara 20-25 ton çiyələk verir".