“LG” şirkəti “Xiaomi” ilə mübarizə aparmaq istəyir


Digərləri 11 İyn 2019 07:31:00 243 0

“LG” şirkəti “Xiaomi” ilə mübarizə aparmaq istəyir

Mənbə bildirir ki, "LG" şirkəti yaxın vaxtlarda Çin smartfon bazarında "Samsung" və "Xiaomi" ilə rəqabət aparmağa çalışacaq.

Son.az ted.az-a istinadən bildirir ki, "LG" nisbətən ucuz cihazlar üçün yeni bir xətt hazırlayır və ilk məhsullarını Hindistanda yalnız onlayn qaydada satacaq.

"Samsung" artıq göstərib ki, düzgün balansla hətta "Xiaomi" ilə rəqabət aparmaq mümkündür. "Galaxy M" Hindistanda debüt etdi və yalnız onlayn olaraq satılır. Beləliklə, "LG"məsələlərə düzgün yanaşarsa, uğur şansı var - bunun üçün qiyməti doğru təyin etmək kifayətdir.

Hazırda Hindistanda şirkət bir il əvvəl təqdim etdiyi Q7 Alpha modelini 230 dollara satır. "Samsung"da isə Galaxy M30 və Galaxy A30, nisbətən ucuzdur.