Bədəninin 3Dskan edilməsinə icazə verəcək hər kəsə 25 dollar təklif olunur


Digərləri 11 İyn 2019 07:21:00 242 0

Bədəninin 3Dskan edilməsinə icazə verəcək hər kəsə 25 dollar təklif olunur

Nəhəng elektron ticarət şirkəti "Amazon" 25 dollar dəyərində hədiyyə kartının sahibi olmağın qeyri-adi üsulunu təklif edib. Bunun üçün istənilən alıcı bədənin rəqəmsal 3D-skan edilməsi prosedurundan keçməlidir.

Son.az ted.az-a istinadən bildirir ki, tədbir 2 il əvvəl "Amazon" tərəfindən əldə edilmiş "Body Labs" startapının "Amazon Real World Image Study" proqramı çərçivəsində təşkil edilib.

Son illərdə dəb bazarında "Amazon"un payı əhəmiyyətli dərəcədə artıb. "Coresight Research" şirkətinin tədqiqatına əsasən, Cef Bezosun şirkəti hazırda ABŞ-da ən uğurlu geyim satıcısıdır. O, şəxsi ticarət markası və abunə xidmətinin sahibidir.

Yeni xidmətin qeydiyyat səhifəsində qeyd edilir ki, "Amazon" tədqiqat iştirakçılarının bədənlərini adi geyimdə 3D-skan edəcək, onların şəkil və videolarını çəkəcək. Bunun üçün, həmçinin sorğu vərəqəsini doldurmaq tələb olunacaq.