Komandor adaları sahillərində 5,1 bal gücündə zəlzələ olub


Digərləri 11 İyn 2019 07:16:00 177 0

Komandor adaları sahillərində 5,1 bal gücündə zəlzələ olub

Sakit okeanda, Komandor adaları sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Bakı. Sakit okeanda, Komandor adaları sahillərində 5,1 bal gücündə zəlzələ baş verib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Mednı adasından 50 kilometr cənub-şərqdə, ocağı isə 17,8 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.