Husilər Səudiyyə Ərəbistanında bazaya hücum ediblər


Digərləri 11 İyn 2019 05:21:00 187 0

Husilər Səudiyyə Ərəbistanında bazaya hücum ediblər

Yəmənin "Ansar Allah" hərəkatının üzvləri (husilər) pilotsuz uçuş aparatları vasitəsi ilə Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən kral Xalidin adını daşıyan aviabazaya hücum ediblər

Bakı. Yəmənin "Ansar Allah" hərəkatının üzvləri (husilər) pilotsuz uçuş aparatları vasitəsi ilə Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən kral Xalidin adını daşıyan aviabazaya hücum ediblər. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, husilər hücumu bir neçə pilotsuz uçuş aparatı vasitəsi ilə həyata keçiriblər. Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri husilərə məxsus 2 pilotsuz uçuş aparatını vurublar.