Kaliforniyada təyyarə qəzaya uğrayıb


Digərləri 11 İyn 2019 02:26:41 181 0

Kaliforniyada təyyarə qəzaya uğrayıb

ABŞ-ın Ramona şəhərinin (Kaliforniya ştatı) hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb

Bakı. ABŞ-ın Ramona şəhərinin (Kaliforniya ştatı) hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə San-Diyeqo dairəsinin yanğından mühafizə xidmətinin "Twitter" səhifəsində bildirilir. Məlumatda deyilir: "Təyyarənin hava limanının ərazisində dispetçer qülləsinin yaxınlığına düşməsi ilə əlqədar hadisə yerinə xilasetmə xidmətləri cəlb edilib. Təyyarənin göyərtəsində olan bütün insanlar təxliyə edilib. Qəza nəticəsində yanğın baş verməyib".