Britaniyanın Hitrou hava limanında 3D skanerlərdən istifadə olunacaq


Dünya 10 İyn 2019 23:12:00 215 0

Britaniyanın Hitrou hava limanında 3D skanerlərdən istifadə olunacaq

Böyük Britaniyanın Hitrou hava limanı 3D skanerlərdən istifadə etməyi planlayır. Məqsəd maye və notbukların əl baqajından çıxarılmasının qarşısını almaqdır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, hava limanının nümayəndəsi bildirib ki, yeni texnologiyanı tətbiq etmək üçün 50 milyon funt investisiya ayrılıb. Cari texnologiya yalnız X-şüalarından istifadə edir ki, bu, məzmunu görmək üçün məhdud imkandır. Yeni təhlükəsizlik skanerləri isə çantadakı detallara daha yaxşı baxmağa şərait yaradacaq.

Yeni avadanlıqların 2022-ci ildə tam şəkildə yayılması gözlənilir.