Milyonlarla insanın ölümünün qarşısını alan adam


Digərləri 10 İyn 2019 23:16:00 221 0

Milyonlarla insanın ölümünün qarşısını alan adam

Son günlər hamı türk seriallarını qatlayıb qoyub dolaba. Çünki dünya "Çernobıl" izləyir. Reytinqləri qıran bu serial Britaniya kinematoqraflarının əməyinin bəhrəsidir. Təbii ki, ekran əsəri haqda müxtəlif fikirlər dolaşır. Sevən kim, təsirinə düşüb günlərlə sosial hesabında statuslar paylaşan kim, hadisələrin qeyri-etik şəkildə cərəyan etdiyini bildirən kim və s. və ilaxır. Amma gəlin, etiraf edək ki, serialın müəllifləri başlıca istəklərinə nail oldular. Bütün dünya həmin qəzanı yenidən yad etdi. Faciənin qurbanlarının ağrı-acısını duydu.

Son.az Çernobıl hadisələrinin əsas qurbanlarından biri 46 yaşında dünyasını dəyişən Anatoli Sitnikovun həyat hekayəsini təqdim edir.

Anatoli Sitnikov xanımı Elvira və iki qızı ilə birgə Amurun sahilində yerləşən Komsomolsk bölgəsində yaşayışırdı. 1963-cü ildən etibarən Gəmiqayırma zavodunda çalışmağa başlayır. 1975-ci ildə ona artıq yüksək vəzifə verilir. Anatoli 1970-ci ildən başlayaraq atom qurğularını idarə etməyi öyrənərkən atom energetikasına aşiq olur. Formullar, sənədlər haqda əldə etdiyi bütün məlumatları arvadı ilə bölüşməyə başlayır.

Gəmiqayırma zavodu atom dünyasına vurulan dəyərli işçisini itirmək istəmirdi. Bu məqamda işə Anatolinin həyat yoldaşı Elvira qarışır. Onun cəhdlərindən sonra müdiriyyət ərinin istefa ərizəsini imzalayır. Qızları tez-tez xəstələndiyindən həkim iqlimi dəyişməyi məsləhət görür. Ailə Pripryatiyə köçür.

Sitnikov işinə elə aludə olmuşdu ki, bədii ədəbiyyat, təbiətdə istirahət, televizor izləmək onun üçün zaman israfı idi. Pulunu yalnız işi ilə bağlı olan ədəbiyyata xərcləyir, ailəsinə çox az zaman ayırırdı. Ərinin iş sevdası Elviranı qıcıqlandırmağa başlayır, tez-tez irad bildirirdi. Anatoli isə arvadı onu anlamadığı üçün məyus olurdu.

Anatoli Andreyeviç Çernobıl Atom Elektrik Stansiyasının baş mühəndisinin müavini idi.

O, daim işini düşünürdü. İşdə vəziyyət yaxşı olmayanda evə ruhsuz dönər, hətta gecənin bir aləmində arvadını oyadıb yataq otağındakı xəyali qurğulara məsuliyyətsiz nəzarət üstündə danlayırdı. Səhər oyananda isə heç nə xatırlamırdı. O, çox məsuliyyətli insan idi. Bütün sənədləri dəfələrlə nəzərdən keçirdər, işini qüsursuz görməyə çalışırdı. 1986-cı il, 26 aprel tarixində Sitnikovların ev telefonuna zəng gəlir. Telefonun digər ucundakı robot 4-cü blokda problem yaşandığını bildirir. Sitnikov iş avtobusunu gözləmədən stansiyaya doğru yola düzəlir. Əslində 4-cü blok onun rəhbərliyinə tabe deyildi. Amma getməyə də bilməzdi.

Elvira Petrovna da stansiyada işləyirdi. Lakin həmin gün onun növbəsi deyildi. Odur ki, ərinin gecə stansiyaya yollanmasında qəribə hal sezmədi. Həm də bu durum çox təkrarlandığından Elvira üçün adiləşmişdi. Səhər Elvira Petrovnanı qonşunun həyəcan zəngi oyadıb, dəhşətli qəzadan xəbər verir. Elvira Stansiyaya dəfələrlə zəng vurandan sonra Anatoli telefona cavab verir. Vəziyyəti kritik olduğundan tibbi məntəqəyə getməyə belə halı yox idi. Elvira ərini yalnız Moskvaya köçürülən zaman görə bilir. Halı özündə olmayan Anatoliyə nəvazişlə irad bildirirərək, 4-cü blokdakı partlayışa görə niyə özünü riskə atdığını soruşur.

Güclə danışan mühəndis arvadına cavab verir ki, blokları heç kim onun kimi yaxşı tanımır. Həmçinin işçiləri oradan çıxartmaq üçün yardım etdiyini deyir. Həmçinin əlavə edir ki, yanğını dayandıra bilməsəydilər, digər bloklar da yanıb kül ola bilərdi. Bu isə milyonlarla insanın ölümü ilə nəticələnərdi. Anatolinin vəziyyəti çox ağır idi. O bilirdi ki, bu şüalanmanın nəticəsidir. Elvira isə hələ də ərinin tüstüdən zəhərləndiyinə inanmaq istəyirdi.

Stansiyadakı yanğını dayandırmaq uzun müddət və zəhmət tələb edirdi.

Elvira Petrovna balaca çemodanını və kiçik qızını da götürüb Moskvaya gedir. Pripryatidə artıq evakuasiya başlamışdı. Elvira Moskvada Energetika İnstitutunda oxuyan böyük qızının yataqxanadakı otağına sığınır. Daha sonra Moskva xəstəxanasının yataqxanasında otaq alır, hətta iş də tapmağa nail olur.


Xəbərə aid foto