Briqada generalı Laura Yeqer ABŞ ordusunda piyada diviziyasına rəhbərlik edən ilk qadın olacaq


Digərləri 10 İyn 2019 22:53:00 273 0

Briqada generalı Laura Yeqer ABŞ ordusunda piyada diviziyasına rəhbərlik edən ilk qadın olacaq

Briqada generalı Laura Yeqer ABŞ ordusunun piyada diviziyasına rəhbərlik edən ilk qadın olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər İraqda "Black Hawk" helikopterlərinin uçuşlarına rəhbərlik etmiş Laura Yeqer Kaliforniya milli qvardiyasının 40-cı piyada diviziyasının komandiri vəzifəsini iyunun axırlarında Los-Alamitosda koalisiya qüvvələrinin təlim bazasında keçiriləcək rəsmi mərasimdə qəbul edəcək.

Leytenant Conatan Şiroma "USA TODAY" qəzetinə müsahibəsində deyib: "Mənim fikrimcə, bu, Kaliforniya milli qvardiyası üçün mühüm məqamdır. Laura Yeqer batalyon komandiri, briqada komandiri olub, indi isə diviziya komandiri olacaq. O, buna layiqdir".

Yeqer 10.000-dən çox əsgəri birləşdirən bu diviziyanın idarə edilməsinə görə məsuliyyəti general-mayor Mark Malantidən qəbul edəcək.