“Azəriqaz” İstehsalat Birliyində 43 153 yeni abonent qeydiyyata alınıb


Digərləri 10 İyn 2019 22:15:00 176 0

“Azəriqaz” İstehsalat Birliyində 43 153 yeni abonent qeydiyyata alınıb

Bu ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 43 153 yeni abonent qeydiyyata alınıb.

Bakı. Bu ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində (İB) əhali sektoru üzrə 43 153 yeni abonent qeydiyyata alınıb. İB-dən Trend-ə verilən məlumata görə, bunun da 21 240-ı Bakı, Abşeron və Sumqayıt, 21 913-ü isə regionlar üzrədir. Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.