Nəyə görə kişilərə tualetdə çox oturmaq olmaz? Alimlərdən xəbərdarlıq


Digərləri 10 İyn 2019 22:04:00 199 0

Nəyə görə kişilərə tualetdə çox oturmaq olmaz?  Alimlərdən xəbərdarlıq

Adətən, normal insan tualetdə normada 3-7 dəqiqə vaxt sərf etməlidir. Lakin müasir insanlar tualetdə lazım olandan çox vaxt keçirir, unitazda yerini rahatlayıb, telefonda yazışır, oyun oynayır, internetə girir, siqaret çəkir- hansı ki, tualet icad olunandan bu kimi işlər üçün nəzərdə tutulmayıb.

Amma burda problem tualetdə itirilən vaxtdan yox, uzun müddət unitazda oturmaqla orqanizmə zərərdən getməlidir.

Son.az medicina.az-a istinadən bildirir ki, alimlər tədqiqatların nəticəsi olaraq sübut edib ki, unitazda 15 dəqiqədən artıq əyləşən insanlarda aşağıdakı problemlər ola bilər:

1.Düz bağırsaq sallanması, xəstəliyi - uzun müddət unitazda oturduqda, kiçik çanaq orqanı və bağırsaq ətrafı venalarda qan durğunluğu yaranır. Onlar genişlənir, tutulur, nəticədə hemorroy düyünləri yaranır.  Eləcə də bu vəziyyət bağırsağın selikli qiasını və anal hissəni pozur. 

2.Oturaq sinirin sıxılması - ağrı sindromu yaradır.  15-20 dəqiqə unitazda oturan kişi və qadınlarda yarana bilən spesifiki problemdir. 

3.Kişilərdə prostatit - Unitaz kişilər üçün xüsusilə həssas məsələdir. Bu vərdiş prostatit yaradıb, sonda impotensiya ilə nəticələnə bilər.

4.Sonsuzluq - Bəli, əlaqəsi var. Çünki tualetdə çox oturduqda, kişilərin xayalığında venalar genişlənir, bu da sonsuzluğa səbəb olur.