“Sakinlər özləri istəyib”


Digərləri 10 İyn 2019 21:59:00 194 0

“Sakinlər özləri istəyib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Son.az xəbər verir ki, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov qafqazinfo-ya açıqlamasında bildirib ki, mayın 10-da idarəyə sözügedən ünvanda yaşayan çoxsaylı sakinlər və ərazi bələdiyyəsi tərəfindən qurumuş və təhlükə yaradan ağaclarla bağlı müraciət daxil olub: "Vətəndaşların və bələdiyyə nümayəndələrinin iştirakı ilə mütəxəssislərimiz əraziyə baxış keçirib. Yaşıllıq sahəsində 6 ağacın quruduğu, digər ağacların təhlükəli vəziyyətdə olduğu müəyyənləşdirilib, ağaclara uzun müddət budama xidməti göstərilmədiyi qeydə alınıb. Yaranmış vəziyyət nəzərə alınaraq qurumuş ağacların əvəzinə yeni ağacların əkilməsi şərtilə götürülməsinə, təhlükə yaradan ağacların isə budanmasına rəy verilib.  

Hazırda Nazirliyin regional ekologiya idarəsinin mütəxəssislərinin iştirakı ilə ərazidə işlərin qanunamüvafiq aparılmasına nəzarət edilir. 

Əgər sakinlər təhlükə yaradan ağaclarla bağlı bizə müraciət edirlərsə, insanlar üçün təhlükə varsa və ağaclar qurudursa, o zaman ağaclar götürülməlidir, bu normal bir haldır. Çox sağ olun ki, belə hallarla rastlaşdıqda bizə məlumat verirsiniz".

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov da məsələyə münasibət bildirib: