Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri artıb


Digərləri 10 İyn 2019 21:20:38 202 0

Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri artıb

2019-cu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib.

Bakı. Xeyrəddin Nəsirzadə - 2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub. Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatında deyilir. Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.