Günəş yanıqlarından qorunmağın effektiv üsulları YAY FƏSLİNİN ƏN BÖYÜK DƏRDİ


Digərləri 10 İyn 2019 21:18:00 322 0

Günəş yanıqlarından qorunmağın effektiv üsulları  YAY FƏSLİNİN ƏN BÖYÜK DƏRDİ

Yay fəsli gələndə ilk yada düşən məhz dəniz və yaxud qaralmaqdır. Bu estetik zövqün ağrılı tərəfi isə günəş yanıqlarıdır. 

Son.az medicina.az-a istinadən günəş yanıqlarından necə qorunmalı olduğunuz barədə faydalı məsləhətləri təqdim edir.

Günəşin yanıqları ağır dərəcəli olmadığı hallarda çox asan üsullarla həll edilə bilinir. Ən yaxşı tədbir məhz qoruyucu kremlərdir.

Günəş yanığına nə yaxşı təsir edir?

Xiyar: qabıqlarını soymadan rəndələyin, yaxşıca suyunu sıxın. Daha sonra yanıq olan nahiyələrə asta-asta sürtə bilərsiniz. Bu üsulu gündə 2-3 dəfə təkrarlaya bilərsiniz. Xiyarın tərkibindəki vitaminlər sayəsində dəriniz yenilənəcək, yanığın səbəb olduğu ağrı azaldacaq.    Zeytun yağı: yanıqların müalicəsində zeytun yağı geniş istifadə edilir. Bu üsul yanmış dərinin quruluğunu aradan götürür, yumuşaqlıq verir ağrını yüngülləşdirir.   Qatıq:  yanmış dərinin ağrısını yüngülləşdirir. Ağrı və qaşınma hissini aradan qaldırır. Gündə 3-4 dəfə tətbiq edilə bilər.   Aloe vera: ən təsirli həll yoludur. Bu möcüzəvi bitkinin yanıqlara xüsusi təsiri var. Bir çox nəmləndirici yanıq kremlərinin tərkibində məhz bu bitki var. Aloe vera cildinizi bərpa edib əvvəlki sağlamlığına qovuşduracaq.   Alma sirkəsi: Vücuda çox faydalı olduğu hər kəsə məlumdur. Xüsusi ilə dəri təmizliyində önəmlidir. Bundan başqa dəridə  baş verən günəş yanıqlarının müalicəsində rahatlıqla istifadə edə bilərsiniz. Gündə 3-4 dəfə yanmış yerə pambıq vasitəsi ilə çəkin. Bu, cildin nəmlənməsini təmin edəcək və ağrını azaldacaq.