Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir


Siyasət 10 İyn 2019 20:07:00 222 0

Azərbaycan rusiyalı turistlər üçün daha cəlbedici ölkəyə çevrilir

Azərbaycan ildən-ilə turizm üçün daha cəlbedici ölkəyə çevrilir və bunu Rusiyadan Azərbaycana artan turist axını təsdiq edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, 2018-ci ildə Azərbaycan 900 minə yaxın rusiyalı turisti qəbul edib. Bu göstərici 2017-ci illə müqayisədə 5 faiz çox olub:

"Hesab edirəm ki, bu il rusiyalı turistlərin Azərbaycanda istirahətə marağı daha da artacaq".

O əlavə edib ki, ölkələr dəniz turizminin inkişafında da maraqlıdır:

"Yaxın zamanlarda liman infrastrukturunun inkişafına və gəmilərin Xəzərin Rusiya ərazisinə çıxışına yönəlmiş hazırlıq işlərinin başlanması planlaşdırılır".